Qazaxıstanda iğtişaşlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən indiyədək 10 minədək insan saxlanılıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstan Prezidentinin mətbuat xidmətindən isə bildirilib ki, iğtişaşların iştirakçıları barəsində ümumilikdə 412 cinayət işi başladılıb.

İttihamlar arasında terror aktları və qətllər də var.

.