General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.

TASS verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.

***

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.

TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, müdafiə naziri Nurlan Yermekbayev bir neçə gün əvvəl Cambul bölgəsində silah-sursat anbarında baş verən partlayışdan sonra istefa verəcəyini bildirmişdi.

.