Qazaxıstan qədim Xəzər dənizinin sahillərini bölüşdüyü Azərbaycana qarşı səmimi hisslər bəsləyir.

Bunu Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Xalqı Assambleyasının XXXIV sessiyasında bildirib.

"Sülh və sabitlik taleyin bizə bəxş etdiyi hədiyyələr deyil. Bu, bizim birliyimizin və səylərimizin nəticəsidir. Biz buna keçən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsirdilər, qan vermək üçün növbəyə durdular. Onlar Azərbaycan səfirliyinin qarşısına güllər qoyurdular. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qaldı", - o qeyd edib.

.