Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.

Bu barədə “KazTransOil”a istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, neft partiyası Aktau dəniz limanından sınaq rejimində daşınacaq və Bakı Beynəlxalq Dəniz Limanı istiqamətində ixraca göndəriləcək.

Xatırladaq ki, “Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.

“KazTransOil” SC isə magistral neft kəmərinin milli operatorudur. O, “KazMunayQaz” qrupuna daxildir.

.