Qazaxıstan iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir və onlardan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc edəcək.

Bu barədə Qazaxıstan mediası Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

ICAO qaydalarına görə, hava qəzasının təhqiqatı üzrə yekun hesabat hadisənin baş verməsindən 12 ay ərzində yayımlanmalıdır.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.

.