Qazaxda bıçaqlanama hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə baş inspektor bildirib.
Qazaxda baş verən bıçaqlanmanın bəzi təfərrüatları məlum olub olub.
Bıçaqlanan Sənan Omarov kafe sahibidir.
Hadisə hesab üstündə baş verib.
Kafeyə gələn müştəri Əfqan Əliyev yeyib-içdikdən sonra hesaba görəə kafe sahibini bıçaqlayıb.