Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

.