
85 yaşlı Amerika alimi 1962-ci ildə qazandığı Nobel mükafatını açıq auksiona çıxaracaq. Kembric Universitetin professoru olan Ceyms Vatson 1950-ci ildən tibbi biologiya sahəsində apardığı araşdırmalara görə 1962-ci ildə Nobeli qazanıb.
Modern.az xarici mətbuata istinadən məlumat verir ki, alim dekabrın 5-də təşkil olunacaq auksionada mükafatla yanaşı, söylədiyi Nobel nitqinin əlyazmasını da satışa çıxaracaq.
Qeyd edək ki, dünyanın nüfuzlu alimlərindən sayılan Ceyms Vatson auksionda əldə edəcəyi gəliri amerikanın bir neçə elmi laboratoriyası və kollecinə hədiyyə edəcək.
.