
İndoneziyanın Sulavesi adası yaxınlığında sərnişin qayığının çevrilməsi nəticəsində 15 nəfər ölüb,19 nəfər itkin düşüb.
Xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edə bilib. 19 nəfər itkin düşənin axtarışı davam edir.
İlkin məlumatlara görə, qəzaya qayığın tutumundan artıq yüklənməsi səbəb olub. Belə ki, 20 nəfər tutumu olan qayıqda 40 nəfər sərnişin olub.
.