
Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
Hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.