Bakı-Böyük kəsik qatarının bələdçiləri aclıq aksiyasına başlayır. Bu barədə "Azadlıq”a həmin qatarın bələdçisi Cavanşir Qafarov məlumat verib. Onun sözlərinə görə, aksiyaya səbəb əmək haqlarının verilməməsi, eyni zamanda bələdçilərin fəaliyyəti üçün normal şərait yaradılmaması ilə bağlıdır. Cavanşir Qafarov bildirib ki, bələdçilərdən artıq 3-ü aclığa başlayıb.
Lakin onları dərhal polis şöbəsinə aparıblar. "Onlardan ifadə alıb buraxıblar. Bələdçiləri məcbur ediblər ki, aksiyanın təşkilatçısının kim olduğunu desinlər. Lakin bütün təzyiqlərə baxmayaraq biz hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Əmək haqqı problemi və digər problemlər qısa vaxtda həllini tapmasa kütləvi aclığa başlayacağıq. Bu barədə əvvəlcədən mətbuata məlumat verəcəyik”, - deyə Cavanşir Qafarov bildirib.
.
