Bakıda mətbuat yayımı ilə məşğul olan ən böyük firma - "Qasid" Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus daha bir qəzet köşkü "yoxa çıxıb".
Belə ki, metronun "İnşaatçılar" stansiyasının yanında yerləşən qəzet köşkü ərazidən götürülüb. Ərazidə fəaliyyət göstərən taksi sürücüləri bildirdilər ki, köşkün yeri günortalar boş olsa da, gecələr ticarətçilər burada meyvə-tərəvəz satırlar. Qeyd edək ki, götürülən "Qasid" köşkünün yaxınlığında, "Press köşk" var. Qəzet alıcıları "Qasid"dən fərqli olaraq "Press köşk"lərin mətbuat yayımına ciddi yanaşmadığını deyirlər.
Milli Məclisin deputatı Mirkazım Kazımov rəhbərlik etdiyi "Qasid" ASC-yə məxsus qəzet köşklərinin götürülməsini Bakıda aparılan abadlıq işləri ilə əlaqələndirib. O, bildirib ki, hazırda firmanın cəmi 70 köşkü var (bizimyol.info).
.