Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb.

Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.

Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib.

Xatırladaq ki, Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi açıqlanıb.

.