
Beyləqan rayonunun Örənqala qəsəbəsində qəsəbə sakini Əli Süleymanov bacısı Solmazı boğaraq öldürüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənov tutulub.
.