Bakıda qardaş bacısını bıçaqlayıb.
 
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.  
 
R.Əhmədov tutulub.  
 
Faktla bağlı araşdırma aparılır. 
.