Qaraçı mahnılarının kraliçası, makedoniyalı qaraçı əsilli müğənni Esma Rəcəpova bu ölkənin paytaxtında 73 yaşında vəfat edib.

PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, o, özünün 5 və övladlığa götürdüyü 47 uşağı böyüdüb. 

Bu səbəbdən o həm də çoxuşaqlı ana kimi tanınırdı. 

Esma Rəcəpova gənclik illərindən oxumağa başlayıb. 

Rəcəpova 2010-cu ildə National Public Rradionun versiyasına görə "Dünyanın 50 ən yaxşı səsi” siyahısına düşüb. 

2013-cü ildə mekadoniyalı müğənni Vlatko Lozanoski ilə bu ölkəni "Eurovision”da təmsil edib.

Esma Ümumdünya qaraçı təşkilatının üzvü idi və 2 dəfə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. 

Yenizaman.az
.