Qarabağda yaşayan erməni əhalinin Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi ərzaq yardımını qəbul edəcəyi açıqlanıb.

Yük Ağdam-Əsgəran yolu vasitəsi ilə çatdırılacaq.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

.