“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək.

Yenizaman bu barədə Dövlət satınalmaları dövlət portalına istinadən xəbər verir.

Məlumata görə, “AzərEnerji” podratçı şirkətlə - “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanli”, “Aşagı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Bu şirkət müvafiq tenderin nəticələrinə əsasən podratçı kimi seçilib.

Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.

.