Böyük sevinc hissi ilə bildirmək istəyirikki, “Azercell Telekom” MMC işğaldan azadolunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio bazastansiyalarını quraşdırmaqdadır!  

Azercel lşirkəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görədə, operator ölkəmizin azadedilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcədə tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!

Qarabağdan eşidilmək ümidilə gəlirik! 

Qarabağ  Azərbaycandır!

.