Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, qoşunların təmas xəttinin cənub-şərq istiqamətində Hadrut rayon sakini, müqavilə ilə xidmət edən 22 yaşlı Araik Sərkisyan ölüb.

 

Qarabağdakı separatçı rejimin rəsmiləri hərbçinin hansı səbəbdən öldüyünü hələ ki açıqlamır.

.