Heyvandarlıq sahəsində diri heyvan və heyvan mənşəli məhsulların ixrac yönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə birgə işlər aparılır.

Bunu Bakıda keçirilən UNEC İqtisadi Forumunda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Fizuli rayonu ərazisində giriş-karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiyalaşdırılması, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanılmasının həyata keçirilməsi planlaşdırılır.

"Qarabağda kənd təsərrüfatının inkişafı bütövlükdə ölkənin inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə, əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində 100 min hektarlarla sahənin suvarılması təmin ediləcək", - deyə İ. Kərimov qeyd edib.

.