Növbəti tədris ilindən etibarən Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində dəyib.
O bildirib ki, ilk günlə müqayisədə bu gün 50 dəfədən artıq şagird STEAM layihəsində iştirak edir:
"Çalışırıq ki, yeni tikilən məktəblərdə STEAM olsun. STEAM Azərbaycan layihəsi 300 mindən çox şagirdi, 400-dən çox məktəbi özündə birləşdirir".
.
