Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin "Olimpiya” stadionunda Dnepropetrovsk klubunu minimal hesabla məğlub edib. Oyunda vurulan yeganə və tarixi qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.
Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzmuşdu.
23 oktyabr, Avropa Liqasının qrup mərhələsi, III tur
"Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Muarem Muarem, 21 (0:1)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.
.