Qarabağ heç vaxt Ermənistanın olmayıb.

Bunu erməni mənşəli rusiyalı kino rejissoru Karen Şahnazarov deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə toxunduğunu deyib:

"Ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalın əbədi davam edə biləcəyi barədə illüziya Ermənistan rəhbərliyini aldadıb".

Rejissorun sözlərinə görə, aydın idi ki, gec və ya tez azərbaycanlılar ərazi bütövlüyünü bərpa edəcək.

.