Dünən II qrup Qarabağ əlili Zair Həsənovun özünü yandırmasından sonar sosial şəbəkələrdə bunu etiraz olaraq inqilabi çağırışlar hakimiyyəti təşvişə salıb. Elə bu baxımdan da bu gün Azərbaycanda internetdə bir sıra problemlər yaranıb. Bu barədə yenizaman.az-a daxil olan məlumatlarda bildirilir ki, hakimiyyət ölkədə baş qaldıra biləcək etirazlardan ehtiyyat edir. Buna görə də internet və xüsusilə facebook səyfəsinə daxil olamamaq üçün müəyyən problemlər yaradıb. Hal hazırda ölkənin bir çox aparıcı saytlarına da daxil olmaq mümkün deyil.Qeyd edək ki, II qrup Qarabağ əlili Zair Həsənovun özünü yandırması ictimayyətin hiddətinə səbəb oub. "Qaziləri yandırma!” şüarı altında dekabırın 28-də Fəvvarələr meydanında aksiya təyin olunub. Aksiya Təşkilatçıları bildiriblər ki, Qarabağ qazisinin özünü yandırması bir obyektin sökülməsinə etiraz deyil. Əsgər ölümlərinə, ölkədəki özbaşınalığa, haqsızlığa, rüşvətə, korrupsiyaya etirazdır.
.
