
Dünən axşam Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turu çəçivəsində "Qarabağ” (Azərbaycan) və "Rudar” (Çernoqoriya) qarşılaşması keçirilib.
Matçın favoriti Ağdam klubu hesabı olunsa da, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat üçün açıqlama verib. O bildirb ki, çox düzgün müdafiə olunan, xarakter göstərən komandaya qarşı oynayacaqlarını əvvəlcədən demişdi: "Əsas məqsədimiz qol buraxmamaq idi. Buna da nail olduq. Sonadək bizə dəstək olan azarkeşlərə və sizə təşəkkür edirik".
O, səfərdə komandasını daha ağır oyun gözlədiyini, amma daha fərqli oyun qurmağa çalışacaqlarını bildirib: "Cavab görüşünə daha yaxşı hazırlaşaraq, növbəti mərhələyə keçməyə çalışacağıq… Razıyam, çatışmazlıqlar var. Cavab görüşünədək aradan qaldırmağa çalışacağıq. Rəqibi də yaxından tanıdım".
Qeyd edək ki, bu komandalar arasında Monteneqroda keçiriləcək cavab matçı iyulun 22-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
.