
Qarşılaşmanın 45-ci dəqiqəsində qonaqlar penalti qazanıb. Topun arxasına yaxınlaşan Seni rəqib komandadakı həmkarını məyus etməyi bacarıb. Qarşılaşma "San Paulo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qol vuran qapıçılar sırasında ikinci pillədə Xose Luis Çilavert gəlir. 10 il bundan əvvəl karyerasını başa vuran çərçivə qoruyucusunun aktivində 62 qol var..