Hadisə rayonun Sərkar kəndindəki qışlaq sahəsin də baş verib.

ARB TV xəbər verir ki, Kəlbəcər rayonundan olan 25 yaşlı Seymur Dünyamalıyev və 29 yaşlı Gülbəniz Əsgərova arasında münaqişə baş verib. Dava zamanı hər iki şəxs bir-birilərinə müxtəlif bədən xəsarətləri yetirib. Yaralılar Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan da Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. 


Həkimlər Seymur Dünyamalıyevə sifətin sıyrılmış yarası, sol bazunun əzniyi, Gülbəniz Əsgərovaya isə başın çapılmış işlənmiş yarası diaqnozu qoyub. 


Hər iki yaralıya ilkin tibbi yardım göstərilib, palataya yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


 

.