
Gəncədə döhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə 47 yaşlı P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
.