Bakıda qadın hündürmərtəbəli binadan yıxılaraq ölüb. 

Yenizaman.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də Yasamal rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 
.