Türkiyənin İstanbul şəhərində qan donduran hadisə baş verib.Publika.az xəbər veri ki, 38 yaşlı Ayşegül Q. yüksəkmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılıb.

Qadının eşitmə və danışma qüsurlu həyat yoldaşı Ayxan G. son anda əllərindən tutaraq, onu xilas etməyə çalışıb.

Bütün cəhdlərinə baxmayaraq, onu saxlaya bilməyib və qadın 8-ci mərtəbədən yıxılıb.

Hadisə şahidləri tərəfindən çağrılan tibbi briqada qadına ilkin tibbi yardım göstərərək onu təcili xəstəxanaya yerləşdirib.

Xəstəxanadan verilən məlumata görə, qadının vəziyyəti ağır olaraq qalır.


.