Yenizaman.az haqqin.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində qaçqın və məcburi köçkünlərdən ibarət bir dəstə «Qaçqınkom»un qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.
Onlar ilk öncə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovla görüş tələb ediblər.
Dövlət komitəsinin əməkdaşları Əli Həsənovun məzuniyyətdə olduğunu deyərək rəhbərliklə görüşü əngəlləmək istəyiblər.
Şikayətçilər özləri ilə benzin gətirdiklərini və qəbul olunmayacaqları təqdirdə özlərini yandıracaqlarını bildiriblər. Bundan sonra Ə.Həsənovun müavini Gəray Fərhadov onları qəbul edib.
Qaçqınlar və məcburi köçkünlər evlərinin yeni metro tikilişi ilə əlaqədar olaraq söküntü ərazisinə düşdüyünü bildirərək təzminat tələb ediblər.
Görüşdən sonra şikayətçilərdən biri Dövlət Komitəsinin qarşısında özünü yandırmaq istəyib, lakin vaxtında müdaxilə edilərək benzinlə dolu butulka əlindən alınıb.


.