Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat katibliyindən məlumat verilib.

Mətbuat katibliyindən bildiriblər ki, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. "Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, - deyə açıqlamada qeyd olunub.
.