Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

TASS verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Qarabağ məsələsi və Azərbaycan, Rusiya və Ermənstan liderlərinin üçtərəfli bəyanatlarında nəzərdə tutulan məsələrin reallaşması müzakirə edilib.

“Qarabağ ətrafındakı hazırkı durum və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində verdikləri birgə bəyanatlarda yer alan bəzi məsələlərin reallaşması müzakirə edilib”, - deyə Kremlin açıqlamasında deyilir.

Telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı fəaliyyəti də müzakirə olunub.

.