Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zaman bir daha ona Ukrayna lideri Vladimir Zelenski ilə Türkiyədə görüşməyi təklif edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Prezidenti ölkəsinin Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Bundan əlavə, Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında sülhə yol açmaq üçün İstanbul danışıqlarında əldə edilən müsbət nəticələrin davam etdirilməsinin hər kəsin marağında olduğunu çatdırıb.

Türkiyə Prezidenti qısa zamanda humanitar dəhlizlərin açılmasının və atəşkəsə nail olmağın vacibliyini də vurğulayıb.

***

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

.