Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Yeni ildən əvvəl ünsiyyət qurmağı planlaşdırır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin-Cinpin danışıqlarının hansı formatda keçiriləcəyini Kreml öz vaxtında elan edəcək.
“Həqiqətən də, belə bir təmas planlaşdırılır, biz çinli dostlarımızla birlikdə sizə vaxtında məlumat verəcəyik. Bu barədə danışmaq hələ tezdir”, - Kremlin sözçüsü vurğulayıb.
.
