Rusiya Ukraynanın təkliflərini nəzərdə keçirəcək. Təkliflər barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə olunacaq.
RİA Novosti xəbər verir ki, bu barədə İstanbulda Ukrayna rəsmiləri ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski açıqlama verib.
O əlavə edib ki, Vladimir Putinlə Vladimir Zelenski arasında görüş hər iki ölkənin XİN başçısının əldə ediləcək razılaşmanı imzalaması ilə paralel baş tuta bilər.
Ukrayna Rusiya ilə təhlükəsizlik qarantiyası məsələsində anlaşa bilməyib
Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib.
Türkiyə müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
Onun sözlərinə görə, ölkəsi BMT TŞ-nın 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir.
Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.
.
