Rusiya və Ukraynanın nümayəndə heyətləri işləyir, iş çətindir. Danışıqların davam etdirilməsi faktının özü isə müsbətdir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İki nümayəndə heyəti arasında iş gedir. Bilirsiniz ki, bu, videokonfranslar vasitəsilə həyata keçirilir. İş çətindir və yəqin ki, indiki halda bu işin davam etdirilməsi faktının özü müsbətdir”, - Peskov vurğulayıb.

Qeyd edək ki, martın 14-də Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu baş tutub. Danışıqlardan sonra Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, texniki fasilə verilib, danışıqlar çərşənbə axşamı davam etdiriləcək.

Peskov: “Putin Ukraynadakı vəziyyətlə bağlı tam kəşfiyyat məlumatı alır”

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı tam kəşfiyyat məlumatı alır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Ali Baş Komandandır və təbii ki, o, bütün kəşfiyyat məlumatlarını alır”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiyada sosial şəbəkələrdə və müxalif yönlü KİV-lərdə prezident Vladimir Putinə müharibə öncəsi Ukraynadakı daxili vəziyyətlə bağlı yanlış kəşfiyyat məlumatları verilməsi barədə xəbərlər yayılıb.
 

.