Kreml Tramp administrasiyası ilə təmasları təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin yeni prezident administrasiyası ilə Kreml arasında təmaslarla bağlı suala cavab verib.

“Bunlar barədə ancaq bunu deyə bilərəm: ayrı-ayrı qurumlarımız arasında təmaslar həqiqətən mövcuddur. Onlar son vaxtlar güclənib. Başqa təfərrüat verə bilmərəm”, - deyə Kremlin sözçüsü bildirib.

.