Finlandiya və İsveç öz ərazilərində NATO-nun hərbi infrastrukturunu yerləşdirir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya prezidenti Aleksandr Stubbın Rusiya ilə siyasi müstəvidə münasibətlərin bərpasına “mənəvi hazırlaşmaq” zərurəti ilə bağlı sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya münasibətləri normallaşdırmağı istəyən istənilən ölkəyə açıqdır: "Prezident Putin dəfələrlə bildirib ki, ölkəmiz bunu istəyənlərlə münasibətləri normallaşdırmağa açıqdır. Finlandiya və İsveçlə bizim heç bir problemimiz olmayıb. Hazırda isə onlar NATO-nun hərbi infrastrukturunu öz ərazilərinə sürükləyirlər".

.