Kiyevlə danışıqlar ağır, ləng gedir, amma Rusiya səmimi şəkildə sülhə tezliklə çatmağa çalışır.
Bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski açıqlama verib.
Medinski həlli çətin olan bir çox məsələlərdən kompromis əldə ediləcək məqamların üzə çıxarılmasını, onların əsasında sülh sazişinə doğru irəliləməli olduqlarını qeyd edib.
“Biz istərdik ki, danışıqlar daha sürətlə getsin, bu Rusiya tərəfinin səmimi istəyidir. Biz tezliklə sülhə çatmaq istəyirik. İnanın ki, bizim dövlətin istəyi və Prezidentin qoyduğu tapşırıq Ukrayna torpağında sülhün təmin olunmasıdır. Biz sülhpərvər, neytral və bizə qarşı NATO-nun platsdarmı, kənar qüvvələrin bizə zərər vurmaq istədiyi forpostu olmayan ölkə görmək istəyirik”, - Medinski vurğulayıb.
Medinski: "Ukrayna silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını təklif edir"
Kiyev danışıqlarda Ukraynada öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
Bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.
“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası - Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı, öz ordusu və dəniz qüvvələrinə malik olmağı təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, - Medinski qeyd edib.
Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, Ukrayna indi də neytral statusa malikdir: “Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.
.
