Rusiya Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının əleyhinə deyil.

Bunu İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

“Rusiya öz növbəsində Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyinə etiraz etmir”, - Medinski Rusiyanın “Pervıy” kanalının efirində deyib.

Medinski: “Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verir”

Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verir.

Bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

“Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, - Medinski “Pervıy” kanalın efirində deyib.

Putinin köməkçisi Ukraynanın təkliflərini konstruktiv adlandırıb

Ukraynanın təklifləri kompromisə doğru konstruktiv addımdır.

Bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

O, Rusiyanın Ukraynanın təkliflərini nəzərdən keçirəcəyini vurğulayıb: “Bu, heç bir halda müqavilənin müddəası deyil. Bunlar Ukrayna tərəfinin təklifləridir, biz bunu kompromis əldə etmək üçün konstruktiv addım hesab edirik. Həmin təkliflər Rusiya tərəfindən nəzərdən keçiriləcək və müvafiq cavab veriləcək”.

.