Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Kasım-Jomart Tokayev Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına provokativ hücumunu qətiyyətlə pisləyib”, — açıqlamada bildirilir.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin Novqorodda yerləşən dövlət iqamətgahı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Bildirilib ki, ümumilikdə 91 ədəd pilotsuz uçuş aparatı hücumda iştirak edib və onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Ukrayna Rusiyanın hücumla bağlı dəlil təqdim etmədiyini bildirib.
.
