
Şərq Hərbi Dairəsinin qoşun hissələrində gözlənilmədən döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasına başlanılıb.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. Nazir müvafiq əmrin prezident Vladimir Putin tərəfindən verildiyini deyib.
"Yoxlanış vaxtı Şərq Hərbi Dairəsinin prioritet vəzifəsi kimi ordunun böyük məsafələrdə yenidən qruplaşmasına xüsisi diqqət yetirməkdir” - general Şoyqu deyib.
Təlimlər vaxtı Sakit okean donanması şərti düşmənin qayıq qruplaşmalarına zərbə endirməklə bağlı hərbi-təlim vəzifələri üzərində işləməlidir.
"Prezident göstərişinə əsasən gözlənilməz təlimlərlə yanaşı yerli icra strukturlarının hərbi vəziyyət şəraitində fəaliyyət qabiliyyəti də yoxlanılacaq" - müdafiə naziri bildirir.
Parlamentin müdafiə komitəsinin rəhbəri Vladimir Komoyedov təlimlərin beynəlxalq vəziyyətlə bağlı olmadığını deyib.
Bu ilin fevral ayında hərbi təlimlər Mərkəzi və Qərb Hərbi Dairələrində keçirilib. İyun ayında isə hərbi manevrlər Mərkəzi Hərbi Dairəsində keçib.
.