Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində vurulan Malayziya təyyarəsinə görə xalqa müraciət edib.
Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin videomüraciətində "Donetsk səmasından baş vermiş dəhşətli faciəli hadisələr barədə” şərh vermək zərurətinin yarandığını bildirir. Sitat: "Bir daha bildirmək istəyirəm ki, Rusiya bu gün Ukraynada baş vermiş hadisələrə necə yanaşır. Biz dəfələrlə qarşıduran tərəfləri dərhal qan axadılmasını dayandırmağa və danışıqlar masası arxasına keçməyə çağırdıq. Tam əminliklə demək olar ki, əgər iyunun 28-də Ukraynanın şərqində döyüş əməliyyatları bərpa edilməsəydi yəqin ki, bu faciə də baş verməzdi”.
Rusiya prezidenti daha sonra bildirib ki, heç kimin bu hadisəni məkrli siyasi məqsədlər üçün istifadə etmək haqqı yoxdur. "Belə hadisələr insanları ayırmalı deyil, birləşdirməlidir. Vacibdir ki, regiondakı situasiyaya cavabdeh olan bütün insanlar öz xalqları və bu faciədə nümayəndələrini itirmiş xalqlar qarşısında məsuliyyətlərini artırsınlar.Beynəlxalq ekspertlərin hadisə yerində işləməsi üçün təhlükəsizlik tam təmin edilməlidir. Zəruridir ki, fəlakət yerində İCAO-nun ekspert komissiyası hərtərəfli araşdırma apara bilsin. Komissiyanın təhlükəsiz şəraitdə işləməsi üçün bütün zəruri addımlar atılmalı və humanitar dəhlizlər yaradılmalıdır” deyə Putin bildirib.
.