Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub.
Vladimir Putin Aleksandr Vuçiçlə telefon danışığı zamanı Belqradın nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.
İkitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib.
Vuçiç Rusiya Federasiyasının Serbiyanın ərazi bütövlüyü məsələlərində tutduğu prinsipial mövqeyə görə Putinə təşəkkür edib.
Ukrayna ətrafında vəziyyət müzakirə olunub. Putin xüsusi hərbi əməliyyatın gedişatını qiymətləndirib.
Rusiya və Serbiya dövlət başçıları şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
.