Rusiya Prezidenti Vladimir Putin Donald Trampla o, 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan bəri yalnız bir dəfə telefonla danışıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinlə Tramp arasında telefon təmasları tez-tez olmur.

"Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

.