Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında müzakirə olunan məsələləri açıqlayıb.

Kansler Şolts bu barədə "Twitter"də məlumat verib.

“Bu gün Putinlə uzun telefon danışığımda üç əsas məqam:

Ukraynada mümkün qədər tez atəşkəs olmalıdır;

Orada nasistlərin hakimiyyətdə olması iddiası yalandır;

Mən qlobal ərzaq vəziyyətinə görə ona Rusiyanın məsuliyyətini xatırlatdım”, - Şolts bildirib.

***
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefonda Moskva və Kiyev arasındakı danışıqların gedişatını müzakirə ediblər.

TASS verdiyi xəbərə Rusiya lideri danışıqların prosesinin Ukrayna tərəfindən dondurulmasına diqqət çəkib.

Liderlər Ukraynadakı vəziyyətin humanitar aspektlərinə, o cümlədən “Azovstal”da təxliyə məsələsinə də toxunublar.

Rusiya prezidenti və Almaniya kansleri qaldırılan məsələlərin digər kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.

.