Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rahmon Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya və Tacikistan prezidentləri telefon danışığı zamanı Əfqanıstana, xüsusilə də Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə toxunublar.

Onlar həmçinin Qazaxıstandakı vəziyyətlə bağlı bəzi məsələləri müzakirə ediblər.

.