Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş başlayıb.

Putin-Pezeşkian danışıqları Kazanda BRICS sammiti çərçivəsində keçirilir.

Putin danışıqların protokol hissəsində iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Bir müddət əvvəl Türkmənistan paytaxtında iranlı həmkarı ilə görüşünü xatırladıb.

Rusiya Prezidenti ölkəsinin İranla Suriya və Cənubi Qafqazda əməkdaşlığından da danışıb.

.